10 yanvar 2014 15:06
Yığmamız Antalyaya təlim-məşq toplanışına gedir
Yanvarın 15-dən 27-dək Türkiyənin Antalya şəhərində 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı keçiriləcək. Azerisport.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Toplanışda iştirak edəcək futbolçuların siyahısı, eləcə də U-21-in yoldaşlıq oyunlarındakı rəqibləri barədə isə məlumat verilmir.
