10 yanvar 2014 01:06

"Baş məşqçinin Syomin olması qərarımda rol oynadı"

"Qəbələ"yə qoşulduğum gündən komandanın düşərgəsində xoş münasibətlə qarşılaşmışam. Gülərüz, mehriban kollektivimiz var. Komandamızda braziliyalı futbolçuların olması uyğunlaşmamı daha da asanlaşdırdı. Özümü rahat hiss edirəm".
 
Azerisport.az xəbər verir ki, bu sözləri "qırmızı-qaralar"ın sıralarına qış fasiləsində qoşulmuş Rafael Santos söyləyib. Klub saytına açıqlaması zamanı yeni komandası haqda daha öncə duyduqlarından danışan braziliyalı müdafiəçi "Qəbələ"nin hədəflərindən xəbərdar olduğunu deyib. O, komandasına məqsədlərinə çatmaqda yardım edəcəyinə inandığını vurğulayıb:
 
"Qəbələ"dən təklif aldıqdan sonra komanda haqda məlumat topladım. Qapıçı Dieqo Koşta Silva ilə əlaqə saxladım. O, Azərbaycan və Qəbələ haqda məni məlumatlandırdı. Dieqo mənə komandanın bazasından, futbol üçün yaradılan şəraitdən danışdı. "Qəbələ"nin mükəmməl meydançaları var. Bu çox diqqətimi çəkdi. Daha sonra klub rəsmiləri ilə görüşdüm. "Qəbələ"nin hədəfləri barədə məlumat aldım. Baş məşqçinin bir çox uğurlar qazanmış Yuri Syomin olması qərarımda rol oynadı. Hazırda səylə və əzmlə çalışırıq. Antalya toplanışının sonunadək ideal formada olmaq üçün əlimdən gələni əsərgəməyəcəyəm. İnanıram ki, komandamın hədəflərinə çatmasında yardımçı ola biləcəyəm".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.