10 yanvar 2014 13:45
Qəbələ Abışovla Ağayevi almaq istəyir
"Qəbələ" futbol üzrə Azərbaycan yığmasının iki futbolçusunu heyətinə qatmağı hədəfləyib. Azerisport.az xəbər verir ki, söhbət qapıçı Kamran Ağayevlə müdafiəçi Ruslan Abışovdan gedir.
"Bakı"nın qolkiperi transferə çıxarılıb. Abışov isə Rusiyanın "Rubin" klubunda oynamadığına görə, bölgə klubu onu icarəyə götürmək istəyir.
Hazırda tərəflər arasında danışıqlar davam edir.
