9 yanvar 2014 12:22
Saşa Yunisoğlu: Ola bilər ki ötən gecə nə isə dəyişib...
“Denizlispor”un azərbaycanlı müdafiəçisi Saşa Yunisoğlu azerisport.az saytına açıqlamasında yerli KİV-in onun komandadan mümkün gedişi haqda məlumatına münasibət bildirib:
“Düzü, klubda mənə heç nə deməyiblər. Bu haqda mətbuatda oxumuşam. Dünən komanda ilə məşq edib yanvarın 12-də keçiriləcək oyuna hazırlaşmışam. Klubun maliyyə problemləri var və bu, hamıya yaxşı məlumdur. Türkiyədə indi səhərdir və ola bilər ki ötən gecə mənim yoxluğumda nə isə dəyişib... Hələlik heç nə bilmirəm. Düşünürəm ki, bu gün bu vəziyyət aydınlaşacaq. Hələlik isə tələskən nəticə çıxarmayaq”.
