9 yanvar 2014 00:17

Qəbələnin zədəli futbolçuları bərpa çalışmaları keçir

“Qəbələ”nin uzun müddətdir zədəli olan müdafiəçiləri Rail Məlikovla qvineyalı Umar Kalabanenin problemləri həll olunub. Azerisport.az xəbər verir ki, bu barədə komandanın həkim-fizioterapevti Rahim Məhərrəmov bildirib.
 
Onun sözlərinə görə, tam gücü ilə hazırlaşan Kalabanedən fərqli Məlikovun hələ ki topsuz məşqlərdə iştirak etməsi səbəbsiz deyil: “Rail komanda toplu məşqlərdə edən zamanı fərdi proqram üzrə çalışır. İnşallah, bu ayın sonuna kimi tam hazır olacaq. Məlikovun İstanbulda son müayinəsi əla nəticələr verib. O, fiziki baxımdan demək olar tam hazırdır və daha müayinəyə getməyəcək. Sadəcə, toplu məşqlərdə kontakt olacağı üzündən hələ ki qoşulmur”. 
 
Rahim Məhərrəmov əzələ bağlarından biri qopan müdafiəçi Ürfan Abbasovun da probleminin qalmadığını söyləyib: “O, tam sağalaraq komandanın hazırlığında iştirak edir. Digər gənc müdafiəçimiz Sadiq Quliyev isə əməliyyatdan sonra bərpa prosesi keçir. Fərdi çalışan Sadiq artıq yüngül qaçışlara başlayıb. Quliyev Antalyadakı hazırlığımızın 2-ci mərhələsində komanda məşqlərinə qoşulacaq”.
 
Həkim-fizioterapevt braziliyalı qapıçı Dieqo Koşta Silvanın əməliyyatdan sonra vətənində bərpa prosesi keçdiyini deyib: “Belə məsləhətləşdik ki, onun reabilitasiyası da Braziliyada keçsin. Dieqo çox güman ki, komandamıza Azərbaycanda qoşulacaq”. 
 
(Klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.