9 yanvar 2014 00:13
Qəbələ U-16 Antalya hazırlığını davam etdirir (FOTO)
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Qəbələ"nin 16 yaşa qədər futbolçulardan ibarət komandası qonşu ölkədə hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, sabah toplanış çərçivəsində ilk sınaq matçında Şotlandiya "Hibernian"la qarşılaşacaq "qırmızı-qaralar" günü 1 məşqlə tamamlayıblar.
Baş məşqçi Halim Fıçıcı, məşqçilər Zaur Hacıyev və Yaşar Abuzərovun rəhbərliyi ilə baş tutan hazırlıq prosesində toplu və topsuz çalışmalara yer verilib.
(Klub saytı)

