9 yanvar 2014 12:12
İnter Niderlandın həvəskar komandası ilə qarşılaşacaq
Türkiyədə təlim-məşq toplanışında olan "İnter" komandasının yoxlama oyunları çərçivəsində qarşılaşacağı rəqiblərdən dördüncüsü müəyyənləşib. Azerisport.az xəbər verir ki, komandanın yanvarın 11-də Niderlandın “NWC Asten” klubu ilə üz-üzə gələcəyi gözlənilir.
Matç yerli vaxtla 16.00-da baş tutacaq. Oyun “Titanic Deluxe” otelinin stadionunda keçiriləcək.
(Klub saytı)
