9 yanvar 2014 00:00
Azərbaycan yığmasının növbəti rəqibi müəyyənləşib
Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVI beynəlxalq turnirdə 1996-97-ci il təvəllüdlü futbolçulardan təşkil olunmuş Azərbaycan yığmasının növbəti rəqibi müəyyənləşib. Azerisport.az xəbər verir ki, yığmamız yanvarın 9-da, 14:15-də Latviya komandası ilə qarşılaşacaq.
Qeyd edək ki, bu cütün qalibi turniri 13-cü yerdə başa vurmaq uğrunda oyunda iştirak edəcək. Məğlub komanda son oyunda 15-ci yer uğrunda mübarizə aparacaq.
(AFFA)
