9 yanvar 2014 12:00
Qarabağ BFTSF reytinqində
Beynəlxalq futbol tarixi və statistikası federasiyası komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Azerisport.az xəbər verir ki, Azərbaycanı cədvəldə Ağdamın “Qarabağ” klubu təmsil edir.
Qurban Qurbanovun yetirmələri 119,5 xalla 111-ci pillədə qərarlaşıb. Bu göstərici ilə klubumuz İngiltərənin “Nyukasl”, İtaliyanın “Udineze”, Rusiyanın ÇSKA komandalarını qabaqlayır.
Reytinq cədvəlində 370 xalla Almaniyanın “Bavariya” klubu liderlik edir.
