9 yanvar 2014 11:55
Rəvan sabah Sumqayıt ilə qarşılaşacaq
Qış təlim-məşq toplanışının ilk hissəsini Bakıda keçirən “Rəvan” sabah yoxlama oyununa çıxacaq. Azerisport.az xəbər verir ki, yanvarın 10-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq oyunda paytaxt təmsilçisinin rəqibi “Sumqayıt” olacaq.
Yoxlama oyununun başlama vaxtı 16:00-dı.
