9 yanvar 2014 11:11
Xəzər Lənkəran Alxasovu təqdim etdi (VİDEO)
Azərbaycanın U-21 milli komandasının üzvü, müdafiəçi Slavik Alxasov növbəti iki il müddətinə "Xəzər Lənkəran"la müqavilə imzalayıb. Azerisport.az xəbər verir ki, 2010-cu ildən etibarən "Sumqayıt"ın şərəfini qoruyan 20 yaşlı futbolçunun bu kluba keçidi artıq rəsmiləşib.
Futbolçu "ağ-yaşıllar"a keçidi barədə fikirlərini "Xəzər Lənkəran" TV-yə danışıb.
