9 yanvar 2014 11:05

Böyükağa Hacıyev: Mən klub prezidentinin müşaviri kimi Türkiyəyə getməyi planlaşdırmıram

"Neftçi" klubunun prezidentinin müşaviri Böyükağa Hacıyev azerisport.az saytına açıqlamasında Nazim Süleymanovun istefasından, onun bu posta qayıtma ehtimalından, komandanın çempionatdakı hədəflərindən danışıb.

- Nazim Süleymanovun istefası sizin üçün gözlənilən idimi?
- Düzünü desəm, gözlənilməz oldu. Komanda Türkiyəyə hazırlığa getməyə hazırlaşdığı vaxt Süleymanov istefa ərizəsini rəhbərliyə təqdim etdi. Onun istefasını heç kim gözləmirdi. Fikrimcə o, bu qərarı qəbul etməkdə bir qədər tələsdi. Hər halda bu onun qərarıdır və biz bu fikrə hörmətlə yanaşmalıyıq.

- Süleymanov istədiyi futbolçuların komandaya gətirilməməsini əsas gətirib...
- Biz müəyyənləşdirməliyik ki, kəmiyyətə işləyirik, yoxsa keyfiyyətə. Gəlin futbolçularımızı yada salaq. Doroşevs, Stamenkoviç və Emin Balayev kimi qapıçılarımız var. Müdafiə, orta xətt eləcə də hücumda etibarlı futbolçular çıxış edir. Üstəlik icarədə olan futbolçularımız da heyətə qayıdır. Bu qədər futbolçunu hara yığırıq. Biz həmişə fikirləşirik ki, gələn məşqçi özü ilə dörd-beş futbolçu gətirməlidir. Niyə? Haradan yaranıb bu fikir?

- Yeni məşqçi istədiyi heyəti formalaşdıra bilər...
- Mən gələndə Arif Əsədovun topladığı heyətlə çempion oldum. Əgər heyətdə kifayət qədər yaxşı futbolçu varsa, transferlər nəyə gərək? Axı onlar tez bir zamanda komandaya uyğunlaşmayacaq. Digər tərəfdən "Neftçi" heç vaxt qışda transfer etmir. Çünki, qışda yaxşı futbolçunun öz klubu ilə müqaviləsi var. Bütün əsas transferlər yayda edilir. Komandanın hazırkı heyəti qənaətbəxşdir. Əgər ehtiyac olsa klubun prezidenti Sadıq Sadıqov heç vaxt buna qarşı çıxmaz.

- Nazim Süleymanov eyni zamanda məşqçilər korpusunun formalaşmasına da imkan verilmədiyini söyləyib...
- Nazim Süleymanovla yanaşı Səmədağa Şıxlarov da komandada çalışırdı. Klubda fiziki hazırlıq üzrə məşqçi Ruben Seles və qapıçılarla işləyən məşqçi var. Dörd nəfər azdır? Mən belə düşünmürəm.

- Komandanı Türkiyəyə siz aparacaqsınız?
- Mən klubun prezidentinin müşaviri kimi Türkiyəyə getməyi planlaşdırmıram. Hazırlığa baş məşqçi rəhbərlik etməlidir. İndiki halda təlim-məşqə getmək barədə düşünmürəm.

- Yeni baş məşqçi kim olacaq?
- Yaxın günlərdə bu suala cavab tapılacaq. Ola bilər hətta bu gün hər şey həll olunsun. Hazırda bu barədə məlumatsızam. 

- Sizin yenidən baş məşqçi postuna qayıdacağınız deyilir...
- İnanın, rəsmi təklif yoxdur. Əgər təklif yoxdursa, nədən danışaq. Məndən sonra komandada iki məşqçi dəyişib. Hazırda komandada olan ab-hava mənə məlum deyil. Ona görə təklif olunsa, bir qədər düşünmək lazım olacaq. Əlbəttə, bu klubda baş məşqçi olmaq şərəflidir. Lakin eyni zamanda məsuliyyətlidir. Baş məşqçi kimi hansı yükün altına girdiyini anlamalısan.

- Bu heyətlə "Neftçi"ni uğura daşıya bilərsiniz?
- Heyətdə problem görmürəm. Hazır komandadır. Sadəcə futbolçular düzgün istiqamətləndirilməlidir. Yaxşı oyunu bərpa etməklə uğur qazanmaq olar. "Neftçi" həmişə iddialı olub, bu gün iddiasını göstərə bilər. 

- Sizin Nazim Süleymanovun istefasında rolunuz olduğu deyilir. Yəni mətbuatda dəfələrlə komandanın oyununu pisləmisiniz...
- Mən gördüyümü demişəm. Klub prezidentinin müşaviri kimi mənfi cəhətləri deməliyəm. Əgər biz deməyəcəyiksə, onda necə olacaq? Hər bir iş müzakirə olunmalıdır. İnkişaf istəyiriksə, daim irəli getməliyik. Olanı demişəm, klub prezidentinin sözçüsü kimi danışmaq hüququm var. 

- Baş məşqçi postuna hansı yerli məşqçini layiq bilirsiniz?
- Mən ad çəksəm, düzgün olmaz. Doğru qərarı rəhbərlik verəcək. "Neftçi" rəhbərliyi komandanın uğur qazanmasına nə lazımdırsa, edəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.