9 yanvar 2014 19:00

Nikolay Adam: Penaltilər seriyasında qələbə psixoloji baxımdan müsbət olsa da, əslində heçdir

Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə 13-16-cı yerlər uğrunda görüş çərçivəsində Azərbaycan və Latviya yığmaları arasında bu gün keçirilmiş oyundan (1:1, pen. 3:0) sonra, Azərbaycan komandasının baş məşqçisi Nikolay Adam oyun barədə fikrini bildirib. Azerisport.az Adamın müsahibəsini diqqətinizə çatdırır.
 
“İlk öncə Yaponiya komandasına qarşı keçirilmiş ötən oyuna qayıtmaq istərdim. Mübahisəli anın təkrarına baxdım. Yaponiya yığması və hakimlər briqadası qarşısında üzr istəmək istəyirəm. Həqiqətən də, oyundankənar vəziyyət yox idi. Oyunçumuza qırmızı vərəqə haqlı göstərilmişdi. Bu gün keçirilmiş oyuna gəlincə, paltardəyişmə otağında futbolçularıma bu oyunda qələbə qazanmaq lazım olduğunu dedim. Ancaq bunu əsas vaxta etmək müyəssər olmadı. Birinci hissə dəhşətli idi. İkinci hissə isə normal keçdi. Bu, deyə biləcəyim hər şeydir”, deyə Adam sözə başlayıb.
 
-11 metrlik seriyanı necə qiymətləndirirsiniz? Siz qapıçını demək olar ki, penaltilər ərəfəsində əvəzlədiniz.
- Bu qapıçını Azərbaycan yığmasında işlədiyim müddətdə tanıyıram. Bilirəm ki, penalti onun güclü tərəfidir. Biz onu oyunun sonuna iki dəqiqə qalmış meydana buraxdıq və siz onun güclü tərəflərini müşahidə edə bildiniz.
 
- Siz qapıçını oyun vaxtı, penaltilər seriyasına qoyuluş edərək əvəzlədiniz. Ancaq oyunun sonlarında latviyalı futbolçuların görüşü öz xeyrinə dəyişmək üçün iki imkanı vardı. Ürəyiniz düşmədi?
- Əgər penaltilər seriyası haqda danışırıqsa, onda mənimlə razılaşarlar ki, məşqçi üçün fərqi yoxdur. Çünki ikinci hissənin sonunu vəziyyətlərə görə uduzduq. Ümumilikdə, biz oyunu demək olar ki, bütünlüklə uduzduq.  Yunanıstanla oyunda qələbəni əldən verdiyimiz kimi. Yəni, bunlar, təhlili mütləq olan vəziyyətlərdir. Ancaq penaltilər seriyası yox. Bəli, qələbəmiz xoş olsa da, təhlil üçün səbəb deyil. Bu, psixoloji baxımdan müsbət olsa da, əslində bir heçdir. “Ürəyə” gəlincə, ürəyim düşmür, mən qərar qəbul edirəm və bu qərarlar müsbət və ya səhv ola bilər. Ancaq bunlar mənim qərarımdır.
 
- Onda sizin qərarlarınız üzrə sual. Siz komandanızın ən yaxşı oyunçusu qismində Bəhlul Mustafazadənin adını çəkdiniz. Penaltilər seriyasından sonra qərarınızı üç zərbəni dəf edib bir penaltini sərrast ifa etmiş qapıçının xeyrinə dəyişmək istəmədiniz?
- Əslində mən onun bu səbəb ən yaxşı adlandırdım ki, o, qol vurdu və necə isə fərqlənə bildi. Mən onu ən yaxşı adlandırdım, çünki, oyunun 92 dəqiqəsini əla oynadı. Ümumiyyətlə, yarışda özünün ən kəsiyini vaxtını keçirdi. Bu gün isə o, hətta öz mövqeyində oynamırdı. Bu da, onun komandanın fəaliyyətinə daha çox pay verdiyini göstərir. Komandamızda bir neçə istedadlı futbolçu var. Onların tərəqqisini görəndə, məmnun olursan. Çünki, biz məhz buna görə işləyirik.
 
(Yarışın saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.