9 yanvar 2014 18:55

Yığmamızın ən yaxşısı bu dəfə də Qəbələnin futbolçusu oldu (FOTO)

FİFA-nın 1-ci vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş sayca 26-cı ənənəvi beynəlxalq turnirdə 1996-97-ci il təvəllüldü futbolçulardan ibarət Azərbaycan yığması bu gün növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, yığmamız bu dəfə Latviya ilə qarşılaşıb.
 
Görüşdə hesabı rəqib komanda açsa da, futbolçularımız ikinci hissədə bərabərlik qolunu vurmağa imkan tapıblar. Qalib isə penaltilər seriyasında müəyyənləşib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən yığmamız 3:0 - ümumi nəticədə 4:1 hesabı ilə qalib gələrək 13-cü yer uğrunda qarşılaşmada iştirak hüququ əldə edib. Meydana əvəzetmə ilə daxil olmuş qapıçımız Ağaseyid Qasımov penaltilər seriyasında üç penaltini dəf edib və zərbəni dəqiq yerinə yetirməklə qələbədə müstəsna xidmət göstərib.

Matç başa çatdıqdan sonra isə oyunun ən yaxşı futbolçuları mükafatlandırılıb. Millimizdən ən yaxşı adına bu dəfə də "Qəbələ"nin futbolçusu Bəhlul Mustafazadə layiq görülüb. O, oyundakı bərabərlik qolumuzun müəllifi olub.

Onu da xatırladaq ki, yığmamızın Yunanıstanla ilk oyununun ən yaxşısı "Bakı"nın üzvü Təyyar Məmmədov, Çexiya ilə görüşün ən yaxşısı isə "Xəzər Lənkəran"lı Elnur Cəfərov olmuşdu. Yaponiyaya 1:4 hesabıyla uduzduğumuz görüşdə isə məhz Bəhlul ən yaxşı seçilmişdi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.