FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVI ənənəvi beynəlxalq turnirdə 1996-97-ci il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması bu gün Latviya komandası ilə qarşılaşıb. Azerisport.az xəbər verir ki, oyun 1:1 hesabı ilə başa çatdığı üçün qalib penalti seriyasında müəyyənləşib.
11 metrlik zərbələri daha dəqiq yerinə yetirən yığmamız 3:0 - ümumi nəticədə 4:1 hesabı ilə qalib gələrək 13-cü yer uğrunda qarşılaşmada iştirak hüququ əldə edib. Meydana əvəzetmə ilə daxil olmuş qapıçımız Ağaseyid Qasımov penaltilər seriyasında üç penaltini dəf edib və zərbəni dəqiq yerinə yetirməklə qələbədə müstəsna xidmət göstərib.
Turnirin son oyununu yığmamız yanvarın 11-də, 14:15-də Belorus komandasına qarşı keçirəcək.
Oyunun protokolu:
|
Azərbaycan – Latviya 1:1 (3:0 - pen.)
|
|
Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVI beynəlxalq turnir
9 yanvar 2014-cü il. Sankt-Peterburq. Peterburqski İdman-Konsert Kompleksi
Baş hakim: Vladimir Lapkin
Baş hakimin köməkçiləri: İlya İvanov, Pavel Yakovlev
Dördüncü hakim: Artur Fyodorov
(Hakimlər briqadası Rusiyadandır)
Hakim-inspektor: Rudolf İsakov (Rusiya)
Sarı vərəqələr: Fəhmin Muradbəyli, 41 // Yanis Yekabsons, 33, Rayvis Yurkovskis, 71, Arturs Kupçs, 84
Qollar: Bəhlul Mustafazadə, 76 // Andris Kruşatins, 16
Penalti seriyası
Qollar: Ağaseyid Qasımov, Fəhmin Muradbəyli, Mirkamil Həşimli
Qolla nəticələnməyən penaltilər: Deniss Bezuşçonoks, Nikita Kolesovs, Yanis Yekabsons (hər üçü - qapıçı)
|
|
Azərbaycan
1. Şahin Tolqa
(12. Ağaseyid Qasımov, 88)
4. Əfsər Məmmədov
7. Mahir Mədətov
(14. Şahban Cəbrayılov, 46)
8. Mirkamil Həşimli (k)
9. Fəhmin Muradbəyli
10. Mansur Nəhavəndi
(2. İlyas Səfərzadə, 31)
16. Emin Zamanov
(19. Kama Benhur, 63)
17. Elnur Cəfərov
18. Təyyar Məmmədov
24. Yusif Nəbiyev
27. Bəhlul Mustafazadə
Ehtiyatda qalanlar:
5. Renat Ağaverdiyev
11. Ülvi İbazadə
20. Cem Fələk
|
Latviya
1. Vladislav Kurakins
2. Yanis Yekabsons
4. Deniss Bezuşçonoks (k)
6. Sergeys Vasilyevs
(18. Arturs Kupçs, 56)
7. Andris Kruşatins
9. Rayvis Yurkovskis
13. Viktors Baykovs
(15. Klavs Balinış, 60)
16. Nikita Ryabokons
(3. Nikita Kolesovs, 67)
17. Anastasiys Mordatenko
(11. Vitaliys Dubrovskis, 77)
19. Entoniys Çernomordiys
20. Vladimirs Jmilevskis
(10. Arturs Strazdinış, 65)
Ehtiyatda qalanlar:
12. Qlebs Sopots
14. Ruslans Keirans
|
|
Baş məşqçi: Nikolay Adam
|
Baş məşqçi: Vladimirs Babiçevs
|
(AFFA)