9 yanvar 2014 17:22
Kalonas rəsmən transferə çıxarıldı
"Bakı" klubu litvalı futbolçu Mindausqas Kalonası rəsmi olaraq transferə çıxarıb. Azerisport.az xəbər verir ki, futbolçu ilə klub arasında müqavilə mövsümün sonunda başa çatır.
Bu səbəbdən Kalonası istəyən komanda zolaqlılara təzminat ödəyəcək.
Qapıçı Kamran Ağayevin məsələsi açıq qalır. "Bakı" rəhbərliyi baş məşqçi Milinko Pantiçin qayıtmasını gözləyir. Bundan sonra Ağayevin transferə çıxarılacağı və ya əksinə klubda qalacağı dəqiqləşəcək.
