9 yanvar 2014 17:17
Ağamusa Bağırov Sumqayıt FK akademiyasına baş koordinator təyin edildi
"Sumqayıt" futbol klubunda növbəti təyinat rəsmiləşib. Azerisport.az xəbər verir ki, əməkdar məşqçi, əvəzedici komandada köməkçi məşqçi kimi fəaliyyət göstərən Ağamusa Bağırov "Sumqayıt" futbol klubunun akademiyasına baş koordinator vəzifəsinə təyin edilib.
Vaxtilə Azərbaycanın U-17 və U-19 millilərini çalışdırmış 58 yaşlı mütəxəssis karyerası ərzində “Xəzər” (Sumqayıt), “Gənclərbirliyi”, “Standart” kimi klublarda işləyib.
(Klub saytı)
