9 yanvar 2014 16:00
Qarabağ test verdi
“Qarabağ” hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, Antalyada keçirilən təlim-məşq toplanışı çərçivəsində komanda bu gün səhər çalışmasına yerli vaxtla 11:00-da çıxıb.
“Qarabağ”ın səhər çalışmasında ənənəvi olaraq laktat testi həyata keçirildi. Türkiyənin Niğde universitetindən gəlmiş xüsusi qrup, futbolçularımızdan təlim-məşq toplanışının startında ümumi fiziki hazırlığı müəyyənləşdirmək üçün test götürüblər. Emin Süelin başçılıq etdiyi qrup müəyyənləşdirilmiş ərazidə futbolçuların qaçışla nəbzi arasında yaranmış təsbitə əsasən ümumi analitik ölçülər haqqında bilgilər əldə ediblər.
“Qarabağ”ın ikinci məşqi yerli vaxtla 17:00-a təyin olunub. Çalışma fitness salonunda baş tutacaq.
(Klub saytı)
