9 yanvar 2014 15:15
Abışov baş məşqçisini sabah tanıyacaq
Heyətində Azərbaycan yığmasının müdafiəçisi Ruslan Abışovun çıxış etdiyi “Rubin”in baş məşqçisinin adı komandanın toplanışına bir gün qalmış məlum olacaq. Azerisport.az xəbər verir ki, Stanislav Çerçesovun müvafiq vəzifəyə imtinasından sonra, Kazan klubuna əcnəbi mütəxəssis gətirilib.
Adı hələ də gizli qalmış bu mütəxəssis kazanlılarla uzunmüddətli müqavilə bağlamaq üçün artıq Moskvaya uçub.
Buna rəğmən, yanvarın 11-də Türkiyənin Belek şəhərində keçiriləcək toplanışa “Rubin”, komandanın məşqçi vəzifəsini icra edən Renat Bilyaletdinovun rəhbərliyi altında yollana bilər.
Xatırladaq ki, mətbuatda “Rubin”in baş məşqçi vəzifəsinə namizəd əcnəbi mütəxəssislər arasında Feliks Maqat, Tito Vilanova, Eusebio Sakristian, Viktor Munyos və Yaqob Arrasatenin adı çəkilirdi.
