9 yanvar 2014 14:33
Joze Alesio: İtaliyaya çatmağımıza hələ var
Futzal üzrə Azərbaycan yığmasının baş məşqçisi Joze Alesio azerisport.az saytına müsahibəsində komandasının hazırlığı və Belçikada keçiriləcək AÇ barədə planlarını açıqlayıb.
- Hazırlıq necə keçir?
- İş rejimində. Serbiyaya uçuş ərəfəsində daha çox taktika və fizika üzərində işləyirik. Oyunçular yaxşı gözə dəyir.
- Rəqibləri izləyirsiniz?
- Bunsuz olmaz. Bizə deyirdilər ki, Sloveniya zəif komandadır. Onlar Portuqaliyanı məğlub edə və İspaniya ilə heç-heçə edə biliblər. Qrupumuz asan deyil.
- Sloveniyalıların İspaniyaya vurduğu beş qol qorxutmur ki (5:5)?
- Yoldaşlıq oyunlarından birində onlar ispanlara məğlub oldular (0:3). Ancaq sonra kifayət qədər yaxşı oynadılar. Bu, rəqibin asan olmadığına növbəti sübutdur. Sloveniyalıların da bizim yığma kimi baza komandası var. Onların heyətində yaxşı braziliyalı oyunçular var.
- İtaliya indi hansı vəziyyətdədir?
- (Gülümsəyir) İtaliyanın 12 braziliyalısı var. Onlara çatmağımıza hələ var. Bu həftə Slovakiyaya qarşı oyun keçiriblər(3:0)və mən bu oyuna baxa bilmişəm. Yaxşıdırlar.
- Qrupda birincilik şansımız var?
- İlk məqsədimiz qrupdan çıxmaqdır. Digər tərəfdən, qrupda heç kim dörddəbir finalda ispanlarla üzləşmək istəmir. Bunu üçün qrupda birinci olmaq lazımdır ki, nisbətən zəif rəqiblə üzləşəsən. Bu halda heç bir vəchlə birinci yeri heç kimə döyüşsüz təslim etməyəcəyik.
- Bu, Azərbaycan yığmasının sükanı arxasında sizin üçüncü Avropa çempionatınızdır. İlk çempionatda komandaya ən yaxşı dördlüyə düşmək müyəssər oldu, ikinci kifayət qədər müvəffəqiyyətsiz alındı - qrup sonuncusu olduq. Bu dəfə nə olacaq?
- Ötən yarışlarla müqayisədə hazırlıq üçün daha çox imkanımız və vaxtımız var. Qarşıda Serbiyaya səfər və həmçinin, AÇ-də iştirak edəcək bu ölkənin milli komandasına qarşı iki oyun var. Bu oyunlar həlledici olacaq.
- Əvvəllər ehtiyat skamyanın qısalığından şikayətlənirdiniz. Bəs bu dəfə vəziyyət necədir?
- Mən razıyam. Bizim iki bərabər dördlüyümüz var. Variasiya edə bilərik. Komanda daha da gümrah görünəcək.
- Bakı toplanışında ixtiyarınızda 17 oyunçu var. Bunlardan kim Serbiya toplanışına gedəcək?
- Hamı. Hamını aparmaq qərarı qəbul edilib. Belçikaya isə 14 oyunçu yollanacaq. Qalanları Vətənə qayıdacaq. Belqradda qərar verəcəyəm.
- Rizvan Fərzəliyev, Rəcəb Fərəczadə və Vitali Borisov özünü necə hiss edir?
- Vitalikdə hər şey qaydasındadır. Başqaları haqda isə bunu deyə bilmərəm. Onlar “Ekol”da çıxış edir. Kluba hörmət əlaməti olaraq deməliyəm ki, az məşq edirlər. Onların oyun forması ən yaxşını arzu etməyə sövq edir. İndi ilk növbədə onları fiziki cəhətdən “dartırıq”. Görək, bundan nə alınır.
