9 yanvar 2014 16:15
Millimiz Latviyaya penalti seriyasında qalib gəldi (YENİLƏNİB)
Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən FİFA-nın 1-ci vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş 26-cı beynəlxalq turnirdə 1996-97-ci il təvəllüdlü futbolçulardan təşkil olunmuş Azərbaycan yığması bu gün növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, yığmamız bu gün Latviya ilə qarşılaşıb.
Qeyd edək ki, bu cütün qalibi turniri 13-cü yerdə başa vurmaq uğrunda oyunda iştirak edəcəkdi. Məğlub komanda isə son oyunda 15-ci yer uğrunda mübarizə aparacaqdı. Futbolçularımız qarşılaşmaya pis başlasa da, erkən qolun əvəzini ikinci hissədə çıxa biliblər. 90 dəqiqədə başqa qol olmayınca, qalibi müəyyənləşdirmək üçün penaltilərə ehtiyac duyulub. Daha dəqiq oynayan yığmamız qələbə qazanıb.
Xatırladaq ki, yığmamız qrup mərhələsi çərçivəsindəki ilk oyununda Yunanıstanla sülh bağlasa da (1:1), ardından Çexiya (0:2) və Yaponiyaya (1:4) məğlub olmuşdu.
Valentin Qranatkinin xatirə turniri
9 yanvar
Azərbaycan - Latviya - 1:1 (penaltilərlə - 3:0)
