9 yanvar 2014 00:44
Nduka Türkiyə klubundan qovuldu
Futbol üzrə Azərbaycan yığmasının sabiq müdafiəçisi Usim Ndukanın Türkiyə karyerası başa çatıb. Azerisport.az xəbər verir ki, AZAL-ın sabiq futbolçusu "Tavşanlı Linyitspor"dan kənarlaşdırılıb.
Bu barədə klub rəsmisi Kürşat Dabak məlumat verib. O bildirib ki, Ndukanın müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv olunub.
Qeyd edək ki, Nduka ilə yanaşı bu komandada çıxış edən digər futbolçumuz - qapıçı Andrey Popoviç "Tavşanlı Linyitspor"da qalacaq. Baxmayaraq ki, Ndukadan fərqli olaraq, o, heyətə də düşə bilmirdi.
