9 yanvar 2014 01:13
İnter Türkiyədə təlim-məşq toplanışını davam etdirir
“İnter” Türkiyədə təlim-məşq toplanışını davam etdirir. Azerisport.az xəbər verir ki, toplanışın 3-cü gününə futbolçular trenajorda çalışmaqla başlayıb. Sonra məşq isinmə hərəkətlərdən və müxtəlif məsafələrə qaçışdan ibarət olub.
Axşam 17.00-da başlayan məşqdə isə futbolçular topla çalışıblar. Ötürmələr üzərində çalışan futbolçular, daha sonra şərti olaraq iki komandaya bölünərək futbol oynayıblar.
Qeyd edək ki, hazırlıq planına əsasən "İnter" sabah da iki dəfə məşq edəcək.
(Klub saytı)
