9 yanvar 2014 13:13
Abışov toplanışa baş məşqçisiz yollanır
Heyətində Azərbaycan yığmasının müdafiəçisi Ruslan Abışovun çıxış etdiyi “Rubin” yanvarın 11-də qış toplanışına yollanacaq. Azerisport.az klub saytına istinadən xəbərə verir ki, komanda Türkiyənin Belek şəhərində toplanışda olacaq və ənənəvi tibbi baxışdan keçəcək.
Maraqlıdır ki, Kazan təmsilçisi toplanışı baş məşqçisiz keçəcək. “Sovetskiy sport” nəşrinin məlumatına görə, müvafiq vəzifəyə namizəd Perm “Amkar”ının baş məşqçisi Stanislav Çerçesov “Rubin”ə rəhbərlikdən imtina edib.
