8 yanvar 2014 00:44
İnter Türkiyədə təlim-məşq toplanışı davam etdirir
“İnter”in Türkiyədə təlim-məşq toplanışı davam edir. Azerisport.az xəbər verir ki, toplanışın 2-ci gününə komanda trenajor zalındakı məşğələlərlə başlayıb.
Daha sonra futbolçular meydana yollanaraq digər fiziki hərəkətlər üzərində çalışıblar. Axşam saatlarında baş tutmuş ikinci məşqdə oyunçular qısa ötürmələr üzərində çalışıblar, topla digər hərəkətləri yerinə yetiriblər və iki komandaya bölünərək futbol oynayıblar.
Qeyd edək ki, hazırlıq planına əsasən "İnter" sabah da iki dəfə məşq edəcək.
