8 yanvar 2014 12:44
Viza ilə bağlı əngəllər Xəzər Lənkəranın oyunçusuna maneə törətdi
“Xəzər Lənkəran” Antalya toplanışlarına tam heyətlə qatıla bilməyib. Azerisport.az klub saytına istinadən xəbər verir ki, malili yarımmüdafiəçi Sadio Tounkara komandadan kənar qalıb.
Buna səbəb futbolçunun Türkiyəyə viza almasında yaranmış problemlərdir. Məlumata görə, artıq sabah Tounkara komandaya qoşula biləcək.
