8 yanvar 2014 12:33
Ukrayna KİV-i: Cavadovlar ailəsinin ən məşhur təmsilçisi İsgəndər Cavadovdur
Ukrayna KİV-i Avropa ölkələrinin futbol xanədanları haqda söhbət açarkən Azərbaycan futbolunun veteranı İsgəndər Cavadovu xatırlayıb. Azerisport.az xəbər verir ki, “Hotsport” portalının qeydlərinin diqqətinizə çatdırır:
“Cavadovlar ailəsinin ən məşhur təmsilçisi İsgəndər Cavadovdur ki, 1979-86-cı illərdə “Neftçi”nin kapitanı olub. Hazırda o, AFFA İcraiyyə Komitəsinin üzvüdür. Bakıda onunla yanaşı, qardaşı Füzuli Cavadov çıxış edib ki, onun 24 yaşlı oğlu Vaqif Cavadov Bakı “İnter”inin kapitanı və Azərbaycan yığmasının hücum xəttinin lideridir. Moskva ÇSKA-nın yetirməsi “Tvente”də çıxış etsə də, orada möhkəmlənə bilməyib”.
“Vaqifin böyük potensialı var. O, çox istedadlıdır. Milli komandada əsas rollardan birini oynayır. Hesab edirəm ki, o, hələ çox şeyə nail ola bilər”, deyə İsgəndər Cavadov bildirib.
Onun digər qohumu İlqar Qurbanov isə “Qarabağ”da çıxış edir.
