8 yanvar 2014 00:31
Georgi Nikolov: Abdulayenin İnteri tərk edəcəyi haqda məlumat həqiqət deyil
"İnter" klubunun prezidenti Georgi Nikolov azerisport.az saytına açıqlamasında müdafiəçi Bryus Abdulayenin komandanı tərk edəcəyi ilə bağlı məlumatı təkzib edib. Abdullayenin klubla mövsümün sonuna qədər müqaviləsi olduğunu deyən "İnter"in prezidenti onun başqa komandaya keçməsinin müzakirə obyekti olmadığını söyləyib:
"Bryus Abdulayenin bizimlə mövsümün sonuna qədər müqaviləsi var. Başqa klubların onunla maraqlanması mənə məlumdur. Abdulaye özü də "İnter"də qalmaq istəyini bildirib. Biz hətta onunla yeni müqavilə haqda da danışmışıq. Futbolçu yeni müqavilənin imzalanacağından xəbərdardır. Abdulayenin daha bir ildə, heç olmasa 2015-ci ilin yayına qədər komandada saxlamaq istərdim. Onun komandanı tərk edəcəyi ilə məlumatlar həqiqəti əks etdirmir".
