8 yanvar 2014 00:22
Güvənc Kurtar: Yerli futbolçuları yetişdirmək əsas şərtdir
“Rəvan”ın yeni baş məşqçisi Güvənc Kurtar komandası yerli futbolçulara üstünlük verəcək. Azerisport.az xəbər verir ki, Kurtar bu münasibətlə söyləyib:
“Biz azərbaycanlı futbolçuların yeni nəslini yetişdirmək istəyirik. Yeni oyunçular cəlb etmək, yığmaya kömək etmək niyyətindəyik. Bu, bizim çün çox vacibdir. Ola bilər ki, Türkiyədən yeni oyunçular da olsun. Əminəm ki, bizi çox maraqlı iş gözləyir”.
(Sabah)
