8 yanvar 2014 12:00
Mirabdulla Abbasov: Neftçidə gənc futbolçulara hər zaman şans verilib (FOTO)
“Neftçi” PFK-nın gənc futbolçuları klubun rəsmi saytına açıqlama veriblər. Azerisport.az gənc futbolçu Mirabdulla Abbasov sözlərini diqqətinizə çatdırır:
“Neftçi”də gənc futbolçulara hər zaman şans verilib. Bu səbəbdən də əsas komandaya çağırılacağıma inanırdım. Hətta çalışırdım ki, buna mümkün qədər tez nail olum. Fikrimcə, bu hələ ilk addımdır. Əgər məşqçilərin diqqətini cəlb edə bilsək, bizim əsas komandada qalmaq şansımız var. Elə əvvəlki illərdə də əvəzedici heyətdən bir neçə futbolçu əsas komandaya cəlb olunub orada möhkəmlənmişdi. İnanıram ki, biz də bunu bacaracağıq. İstəyirəm ki, mən də onlar kimi “Neftçi”nin heyətində Azərbaycan çempionu və avrokubokların qrup mərhələsində çıxış edim”.
(Klub saytı)
