8 yanvar 2014 11:44
Elşən Abdullayev: İndi növbə bizimdir (FOTO)
“Neftçi” PFK-nın gənc futbolçuları klubun rəsmi saytına açıqlama veriblər. Azerisport.az gənc futbolçu Elşən Abdullayevin sözlərini diqqətinizə çatdırır:
“İcarə əsasında “Sumqayıt” klubunda çıxış etməklə oyun təcrübəmi daha da artırdım. Bir çox oyunda start heyətində meydana çıxmağım mənim üçün faydalı oldu. Amma əsas məqsəd bu təcrübədən yararlanaraq “Neftçi”nin əsas heyətində möhkəmlənməkdir. Artıq doğma komandamın düşərgəsindəyəm. Məşqlərimizi davam etdiririk. Bizdən öncə də Araz Abdullayev, Cavid İmamverdiyev, Mirhüseyn Seyidov, Elvin Yunuszadə, Tərlan Quliyev və Emin Mehtiyev kimi gənc futbolçular əsas komandaya cəlb olunmuşdu. İndi isə növbə bizimdir”.
(Klub saytı)
