8 yanvar 2014 10:33
Simurq Türkiyəyə bir futbolçusuz yollandı
“Simurq” da hazırlıq məqsədi ilə Türkiyəni seçib. Azerisport.az xəbər verir ki, Antalya toplanışı çərçivəsində komanda bir neçə oyun keçirmək niyyətindədir.
Ancaq zaqatalalıların rəqibləri müəyyənləşməyib. “Simurq”un baş məşqçisi Giorgi Çixradze bütün komandanı səfərbər etsə də, yarımmüdafiəçi Orxan Səfiyaroğlu heyətdən kənarda qalıb. Son vaxtlar Səfiyaroğlunun heyətə düşə bilməməsi onun toplanışlardan kənarda qalmasına əsas səbəb gətirilir.
