8 yanvar 2014 11:22
Dənizli Xəzər Lənkərana istirahət verdi
Artıq üç gündü ki, qış təlim məşq toplanışı çərçivəsində Türkiyənin Antalya şəhərində məskunlaşan “Xəzər Lənkəran” gündə iki dəfə olmaqla məşqlərini davam etdirir. Azerisport.az xəbər verir ki, Mustafa Dənizlinin rəhbərliyi altında keçirilən məşqlərdə futbolçular fiziki və taktiki çalışmaları yerinə yetirir.
Dünən səhər məşqinin vaxtını uzadan Dənizli axşam məşqini təxirə salaraq futbolçulara istirahət verməyi qərara aldı. Səhər məşqində öncə fiziki çalışmaları yerinə yetirən futbolçular daha sonra üç qrupa bölünərək iki tərəfli oyun keçiriblər ki, Dənizlinin tez-tez müdaxilə etdiyi oyunda əsasən sürətli kombinasiyalara üstünlük verilib. Bu gün yenidən iki məşq keçirəcək komandada hazırda zədəli futbolçu yoxdu və toplanışa viza problemi üzündən qatıla bilməyən Sadio Tounkara da sabahdan “Xəzər Lənkəran”a qoşulacaq.
