8 yanvar 2014 11:00
"Qəbələ" Antalyada belə hazırlaşır (FOTOREPORTAJ)
2013/14 mövsümünün ikinci yarısının hazırlıqlarını Türkiyənin Antalya şəhərində davam etdirən "Qəbələ" ötən günü 2 məşqlə yekunlaşdırıb. Azerisport.az xəbər verir ki, Yuri Syominin başçılığı altında baş tutan məşqlərdə komanda toplu və topsuz çalışmalar yerinə yetirib. Əməliyyatdan sonra bərpa prosesi keçən Sadiq Quliyev isə komandadan ayrı çalışıb.
