8 yanvar 2014 10:50
Qarabağ artıq Antalyadadı
"Qarabağ" Antalyadadı. Azerisport.az xəbər verir ki, Premyer Liqanın 2-ci yarısına hazırlaşmaq üçün qardaş ölkəyə təlim-məşq toplanışına yollanan komanda bu gün yeni ildə ilk məşqinə çıxacaq.
Komanda Bakı – İstanbul – Antalya reysiylə hərəkət edib. İstanbulda komandaya legionerlərdən Corc Leroy, Nikolas Gelaşvili, Maurem Muarem, İbrahim Şehiç, Admir Teli də qoşulub. Komanda yerli vaxtla 20:30-da təlim-məşq toplanışı zamanı məskunlaşacağı "İC Santai" otelinə çatıb. Yeməyin ardından komanda istirahətə çəkilib.
"Qarabağ" bu günə 2 çalıması nəzərdə tutulub. İlk məşq Bakı vaxtıyla 13:00-a təyin olunub. 2-ci hazırlıq isə 19:00-a nəzərdə tutulub.
