8 yanvar 2014 10:40

Lansa gedən futbolçumuz: Hər bir çətinliyin öhdəsindən gəlmək olar

Azerisport.az sizi Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Valentin Qranatkinin xatirə turnirində iştirak edən 1996-97-ci il təvəllüdlü futbolçulardan təşkil olunmuş Azərbaycan yığma komandasının və “Bakı” klubunun yarımmüdafiəçisi Mahir Mədətovun müsahibəsi ilə tanış edir.
 
- Turnir barədə təəssüratların necədi?
- Bu turnir komandamız üçün hazırlıq baxımından əla şansdır. Çünki bu yaş qrupunda olan futbolçular ilk dəfədir yığmada bir yerə yığışır. Düzdür, bu yarışa qədər Bakıda təlim-məşq toplanışında olmuşduq. Lakin komandamızın nəyə qadir olması məhz belə turnirlərdə özünü göstərir. Əsas məqsədimiz qarşıdakı Avropa çempionatının seçmə mərhələsində uğurlu çıxış etməkdir.
 
- İlk qarşılaşmada yarımmüdafiənin sol cinahında çıxış edirdin. Demək olar ki, komandamızın bütün hücumları da məhz həmin mövqedən başlayırdı. Lakin Çexiya ilə qarşılaşmada mövqeyini dəyişmişdin…
- Əslində, Çexiya yığması ilə qarşılaşmaya da sol cinah yarımmüdafiəçisi kimi başladım. Lakin sonradan məşqçinin qərarı ilə mövqeyimi dəyişdim. Sol cinahda əsas işim rəqibin cərimə meydançasına daha çox asmalar etmək idi. Baş məşqçimiz Çexiya yığması ilə görüşdə məni sağ cinaha keçirməklə qapıya daha çox zərbələr vurmağımı istədi. Mövqeyimin dəyişməsi komandamızın məğlubiyyətinə səbəb ola bilməz. Çünki komanda bir futbolçudan ibarət deyil. Lakin etiraf edim ki, yunanlarla oyunda göstərdiyim əzmkarlıq məni bir qədər yormuşdu. Buna görə də Çexiya ilə qarşılaşmada istənilən oyunu nümayiş etdirə bilmədim. Halbuki bu qarşılaşmada qələbə qazanmağı daha çox istəyirdik. Sadəcə, oyunumuz alınmadı.
 
- Bir qədər də klubdakı çıxışın barədə. Yayda “Portu”ya keçidin barədə xəbərlər yayılsa da, keçid reallaşmadı…
- Bu işlərlə “Bakı” klubunun rəhbərliyi məşğul olurdu. Mənim işim isə, sadəcə, onlardan cavab gözləmək idi. Sonradan mənə “Lans”a gedəcəyim barədə xəbər verdilər. Bu turnirdən sonra məsələnin reallaşacağı gözlənilir.
 
- “Lans”ın əsas komandasında oynayacaqsan?
- Bəli.
 
- Amma “Bakı”da əvəzedici komandada çıxış edirsən…
- Düzdü, “Bakı”da əsas komandada çıxış etməsəm də, onlarla birgə məşq edirəm. Əsas komandanın futbolçularından çox şey öyrənirəm.
 
- Etiraf edək ki, “Lans” kimi klubun əsas heyətinə düşmək o qədər də asan deyil…
- Məncə, hər bir çətinliyin öhdəsindən gəlmək olar. Bunun üçün istək lazımdı. Çox xoşum gələn bir deyim var: “Ağıllı insanlar üçün futbol çox rahat oyundu”.
 
- “Lans”ın oyunlarını izləmisənmi?
- Oyunlarının videoyazılarını izləmişəm. Bu komandada daha çox fiziki güc tələb olunur. İnanıram ki, bunun öhdəsindən gələ biləcəyəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.