8 yanvar 2014 20:55
Qurban Qurbanov Böyükağa Hacıyevi qabaqladı
Futbol klublarının baş məşqçilərinin 2013-cü ilin yekunu üzrə reytinq cədvəli açıqlanıb. Azerisport.az lent.az saytına istinadən xəbər verir ki, coachworldranking.com portalı tərəfindən tərtib edilmiş reytinq siyahısında 1329 mütəxəssis, o cümlədən, iki azərbaycanlı məşqçi də yer alıb.
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov 715 xalla 704-cü sırada qərarlaşıb. “Neftçi”nin sabiq baş məşqçisi Böyükağa Haxıyev isə 38 xalla 1281-ci pillədədir.
Qeyd edək ki, xalların meyarı klubların rəsmi oyunlardakı nəticələrinə əsasən götürülüb. Siyahıya “Çelsi”nin baş məşqçisi Joze Mourinyo rəhbərlik edir.
