8 yanvar 2014 19:55
Tahir Süleymanov: Neftçiyə yerli mütəxəssis rəhbərlik edəcək
“Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov azerispsort.az saytına açıqlamasında Nazim Süleymanovun komandadan gedişinə şərh verməklə yanaşı, baş məşqçi vəzifəsinə mümkün namizədlər haqda danışıb:
“Nazim Süleymanovun komandanı tərk etmək qərarı bizim üçün gözlənilməz oldu. Bildiyiniz kimi yaxşın günlərdə toplanışa hazırlaşır və Türkiyə uçmaq fikrində idik. Onun vəzifəsini kimin tutacağını demək çətindir. Bu, Böyükağa Hacıyev, Tərlan Əhmədov, Ağasəlim Mircavadov və ya Şahin Diniyev ola bilər. İstənilən halda “Neftçi”yə yerli mütəxəssis rəhbərlik edəcək. Sabah biz iclas keçirəcəyik və baş məşqçinin adına bu iclasda aydınlıq gələcəyi mümkündür”, deyə Tahir Süleymanov fikrini bildirib”.
“Nazim Süleymanova gəlincə, xaricdə uğur qazanmış futbolçularımızdan biridir. Ondan “Neftçi”də nəticə gözləyirdik. Ancaq təəssüf ki, komandanın gələcəyi ilə bağlı fikirlərimiz ayrıldı. Biz hesab etdik ki, “Neftçi”ni öz kadrlarına qoyuluş etməli, son illər etdiyimiz kimi, öz oyunçularımızı yetişdirməliyik. Onlardan çoxu - Araz Abdullayev, Emin Mehdiyev, Tərlan Quliyev, Cavid İmamverdiyev, Mirhüseyn Seyidovindi əsas komandadır və “Neftçi” ilə Avropa Liqasının qrup mərhələsində oynayıblar. Ancaq o, iki-üç legioner almağı tələb etdi. Biz ortaq rəyə gələ bilmədik və təəssüf ki, onun istefasını qəbul etdik. Bu mövsüm çempionluq bizim üçün mütləq məqsəd deyil. Hazırda əsas məqsəd öz oyunçularımızı yetişdirməkdir”, deyə “Neftçi”nin vitse-prezidenti fikrini tamamlayıb.
