8 yanvar 2014 19:44

Murad Səttarlı: Simurq mənim doğma komandamdır

“Simurq” ilk transferini rəsmiləşdirib. Komandanın ötən mövsüm icarə əsasında heyətinə qatdığı Murad Səttarlı ilə il yarımlıq müqavilə imzalanıb. Gənc yarımmüdafiəçi klubun rəsmi saytına müsahibə verərək, transferi ilə bağlı təəssüratlarını bölüşüb. Azerisport.az Səttarlının müsahibəsini diqqətinizə çatdırır.
 
- Murad, “Simurq”la rəsmi müqavilə imzaladın. Bununla bağlı fikirlərini öyrənmək istərdik.
- Çox şadam ki, yenidən burdayam. Əslində, mövsümün əvvəlində bu keçid reallaşmalı idi. Lakin “Qarabağ”la olan müqaviləmi poza bilmədim. Qismət bu günə imiş. İnanıram ki, verilən bu şansı və inamı doğruldacağam. Həm “Simurq” rəhbərliyini, məşqçilərini, həm də azarkeşlərimizi göstərəcəyim oyunla sevindirəcəyəm.
 
- Bu dəfə artıq sən Zaqatala təmsilçisinin futbolçususan. Necə oldu ki, yenidən məhz “Simurq”u seçdin?
- “Qarabağ”ın heyətində oynamaq şansım az olduğundan getmək qərarına gəldim. Çünki, mən özümü doğrultmaq istəyirdim. “Simurq” isə mənə doğma komandadır. Ötən mövsüm Zaqatala təmsilçisinin uğurları üçün tər tökmüşəm. Burada gənc futbolçunun özünü göstərməsi üçün hər cür şərait var. Klub rəhbərliyi və məşqçilər özünü yaxşı tərəfdən göstərən oyunçuya daha da dəstək verirlər. Bu səbəbdən də, seçimimi “Simurq”dan yana etdim.
 
- Mövsümün əvvəlində aldığın ciddi zədədən sonra əməliyyat olunmusan və bu səbəbdən bir müddətdir bərpa prosesi keçirsən. Səncə bu “Simurq”da özünü yaxşı tərəfdən göstərməyə mane olmayacaq?
- Hər şey özümdən asılıdır. İnşallah, əziyyət çəkib bu çətinliyi də tezliklə aradan qaldıracağam. Yalnız oyun təcrübəsi baxımından çatışmamazlığım var. Ancaq inanıram ki, məşqçilərimin də köməkliyi ilə yaxşı bir təlim-məşq toplanışı keçib, əvvəlki oyunumu bərpa edə biləcəyəm. Çünki mənə inanaraq bu komandaya dəvət ediblər. Klub prezidenti Anar Bəkirovun və baş məşqçi Georgi Çixradzenin mənə olan ümidini doğrultmalıyam. 
 
- Komandamız təlim-məşq toplanışına yollanır. Bu hazırlıq prosesindən gözləntilərin nədir?
- Bu cür hazırlığa mənim çox ehtiyacım var. Allahın köməkliyi ilə yaxşı hazırlıq keçib, çempionata gözəl start verməliyik. Bizi qarşıda çox çətin oyunlar gözləyir. Bunun üçün var gücümüzlə çalışmalıyıq. Hesab edirəm ki, komandaya uyğunlaşmaqda elə də çətinlik çəkməyəcəyəm və bu hazırlıq prosesindən sonra əsas heyətə düşmək uğrunda mübarizə aparacağam. “Simurq”un uğurları üçün çalışacağam.
 
- Səni əsas heyətə düşmək üçün çətin mübarizə gözləyir. Necə hesab edirsən, hazırda “Simurq”un əsas heyətində forma geyməyin üçün hansı çatışmazlıqların var?
- Həqiqətən də çətin olacaq. Ancaq bu komandanı yaxşı tanıyıram. Oyun üslubuna bələdəm. Təbii ki, məşqçilərdə mənə inanaraq, bu komandaya gəlməyimdə böyük rol oynayıblar. Qarşıdakı hazırlıqda bütün çatışmazlıqlarımı aradan götürməyə çalışacağam və məşqçilərimdən şans gözləyəcəyəm.
 
- “Simurq”un hazırkı transfer dövründə ilk heyətinə qatdığı futbolçusan. Burdan azarkeşlərə nə deyərdin?
- Hər birinə dəstəyə görə çox sağ ol deyirəm. Onlar üçün darıxmışam. Tezliklə gözəl oyunlarımız və qələbələrimizlə azarkeşlərimizi sevindirərik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.