8 yanvar 2014 19:33

Bakının dörd futbolçusu Fransaya yollandı

Bir müddət öncə “Bakı” Futbol Akademiyasının 5 yetirməsi 3 illik təlim-tədris üçün klubun əməkdaşlıq etdiyi Madrid “Atletiko”sunun Uşaq Futbol Akademiyasına oxumağa göndərildi. Azerisport.az xəbər verir ki, “Bakı”nın prezidenti cənab Hafiz Məmmədovun şəxsi təşəbbüsü ilə gerçəkləşdirilən bu layihə ölkə başçısı cənab İlham Əliyevin “Azərbaycanda futbolun inkişafına dair 2005-2015-ci illəri əhatə edən dövlət proqramı”na dəstək xarakteri daşıyır.
 
Eyni zamanda planlı şəkildə görülən bu işlər Azərbaycan futbolunun gələcəyinə hesablanıb. Belə ki, İspaniya klubunun akademiyasına yollanan 2000-2001-ci il doğumlu bu futbolçular 2016-cı ildə ölkəmizdə təşkil olunacaq 16 yaşadək futbolçular arasında Avropa çempionatında millimizin əsas heyətini təşkil edəcək. 

Getdikcə bu siyasət geniş vüsət almaqdadır. Təqdirəlayiq işlərin davamı olaraq bu gün “Bakı” Futbol Akademiyasının daha dörd yetirməsi- Valeh Seyidov, Mahir Mədətov, Ülvi Süleymanov və Nicat Əsgərov uzunmüddətli təlim-tədris üçün daha bir tərəfdaş klub “Lans”ın düşərgəsinə yollandı. Gənc futbolçularımız qarşıdakı həftələrdə “Lans”ın əsas komandası ilə birgə məşqlərə qatılacaq.
 
(Klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.