8 yanvar 2014 18:55
Hacıyev: Neftçidən rəsmi təklif olsa, fikirləşərəm
"Neftçi" klubunun prezidenti Sadıq Sadıqovun müşaviri Böyükağa Hacıyev boş qalan baş məşqçi postu haqda danışıb. Hacıyev azerisport.az saytına açıqlamasında hələlik rəsmi təklif olmadığını deyib:
"Nazim Süleymanovun istefasından xəbərdaram. Mətbuatda yazılanlardan xəbərsizəm, amma mənə klubdan heç bir rəsmi təklif olmayıb. "Neftçi" çətin komandadır. Burada işləmək həm şərəflidir, həm məsuliyyətli. Heç bir təklif olmadığı halda nədənsə danışmaq düzgün deyil. Amma gizlətmirəm, rəsmi təklif olsa fikirləşərəm".
