8 yanvar 2014 18:00
Yunanıstan Azərbaycanı son sırada qoydu
Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə Yaponiya və Azərbaycan yığmaları arasında “C” qrupunda bu gün keçirilmiş oyundan (4:1) sonra, Azərbaycan komandası qrupda sonuncu pillədə qərarlaşıb. Azerisport.az xəbər verir ki, Yunanıstan komandasının Çexiya yığması üzərində 2:1 hesablı qələbəsi qrupda müvafiq mənzərə yaradıb.
Bununla da yığmamız 13-16-cı yerlər uğrunda mübarizəyə qoşulacaq. Yığmamızın rəqibi isə “D” qrupunda dördüncü pillədə qərarlaşmış Ukrayna millisi ola bilər.
