8 yanvar 2014 17:50
Azərbaycan futbolunun 55 555-ci üzvü (FOTO)
Xəbər verdiyimiz kimi, 2009-cu ilin yanvar ayından etibarən AFFA tərəfindən futbolla məşğul olan şəxslərin – futbolçuların, məşqçilərin və digər texniki işçilərin qeydiyyat sistemi yaradılıb. Azerisport.az xəbər verir ki, bu gün sistemdə 55 555-ci şəxs qeydiyyatdan keçib və çox xoş bir təsadüf yaranıb.
Məlum olub ki, siyahidakı 55 555-ci şəxs - 28 fevral 2004-cü il təvəllüdlü Fətullayev Rəsul Rəfail oğlu AFFA ilə “Bakcell”in birgə həyata keçirdiyi "Futbol Bakcell ilə" layihəsinin iştirakçısıdı. Rəsul layihə çərçivəsində Yasamal rayonundakı Süleyman Dadaşov küçəsi, 577-ci məhəllədə AFFA-nın inşa etdiyi meydançada məşq edir.
