8 yanvar 2014 16:44
Böyükağa Hacıyev Neftçi ilə Antalyaya yollanacaq
“Neftçi”nin sabiq baş məşqçisi Böyükağa Hacıyev yenidən komandaya rəhbərliyə hazırlaşır. Etibarlı mənbənin azerisport.az saytına məlumatına görə, klub rəhbərliyi bu variant üzərində fəal müzakirə aparır.
Çox güman ki, Böyükağa Hacıyev “Neftçi” ilə Antalyaya yanvarın 12-də başlayacaq toplanışa yollanacaq.
