8 yanvar 2014 16:33

Adam: Oyunçumuzun meydandan qovulması oyunun bütün təsvirini dəyişdi

Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə Yaponiya və Azərbaycan yığmaları arasında bu gün keçirilmiş oyundan (4:1) sonra, Azərbaycan komandasının baş məşqçisi Nikolay Adam oyun barədə fikrini bildirib. Azerisport.az Adamın müsahibəsini diqqətinizə çatdırır.
 
“Yaponiya yığmasını qələbə və qrup birinciliyi münasibəti ilə təbrik edirəm. Mənə oyunu şərh etmək çətindir. Belə ki, qırmızı vərəqə oyunun bütün təsvirini dəyişdi. Hakimin fəaliyyətini şərh edə bilmərəm. Ancaq mənə elə gəlir ki, bu andan əvvəl oyundankənar vəziyyət vardı. Hakimlər bunu qeydə almadılar. Ötən oyunlardan fərqli, bu dəfə oyunun taktiki sxemini tamamilə dəyişmişdik. Heyətdə əvəzetmələr etmişdik. Müdafiədə yüksəkdən oynayırdıq. Ola bilər ki, oyunçumuz qovulmasa idi, yaxşı nəticə əldə edə bilərdik”, deyə Adam sözə başlayıb.
 
- Mətbuat konfransı ərəfəsində sizə komanda ilə ünsiyyət üçün ikicə dəqiqə vaxt verilməsini istədiniz. Onlara nə dediniz?
- Bağışlayın, ancaq bu, məxfi məlumatdır. Fasilədə onlara nəyi və necə dediyim kimi. Ancaq əminəm ki, oyunçulara çatacaq və onları ayıldacaq sözləri tapa bilmişəm. Özünüz gördünüz ki, azlıqda qalmaqlarına rəğmən, ikinci hissədə necə oynamağa başladılar.
 
- Bu yarışda hansı problemlər sizin üçün daha çətin oldu?
- Yarış haqda ümumilikdə danışsaq, onda ilk növbədə təqvim. Səkkiz günə beş oyun - bu, çox çətindir. Özü də heyətin yarısının 17 yaşdan kiçik olduğunu nəzərə alsaq. Bu yaşda belə yüklənməni çəkmək çətindir. Qalanı isə adi qaydada - zədələr, uyğunlaşma.
 
- Hansı komanda ilə pley-offda görüşmək istərdiniz və oyunun taktiki sxemini dəyişəcəksinizmi?
- Sxemə gəlincə, bu, kimlə qarşılaşacağımızdan asılıdır. Ancaq qətiyyətlə deyə bilərəm ki, əvvəlki oyunlarda olduğu kimi, qarşıdakı oyunlarda da qələbəyə oynayacağıq!
 
(Yarışın saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.