8 yanvar 2014 15:55
Cavid Hüseynov: Güvənc Kurtar məni Adana Demirspora dəvət etmişdi
“Bakı”nın yarımmüdafiəçisi Cavid Hüseynov azerisport.az saytına açıqlamasında bir aydan da az müddətdə “Adana Demirspor”da rəhbərliyi altında çalışdığı “Rəvan”ın yeni baş məşqçisi Güvənc Kurtar haqda danışıb:
“Məhz Güvənc Kurtar məni bu komandaya dəvət etmişdi. Ancaq mən onun rəhbərliyi altında 15 günə qədər toplanışda çalışdım. Mövsümün əvvəlinə o, artıq komandada deyildi. Belə ki, klub rəhbərliyi ilə razılığa gələ bilməmişdi. Yaxşı məşqçidir. Fiziki hazırlığa az vaxt ayırmır. “Rəvan”da ona uğurlar arzu edirəm”.
