8 yanvar 2014 13:44
Komandamızın rəqibi İspaniya yığmasına 5 qol vurdu (FOTOLAR)
Futzal üzrə AÇ-də yığmamızın rəqibi Sloveniya komandası hazırkı Avropa çempionu İspaniya komandasına qarşı iki yoxlama görüşü keçirib. Azerisport.az xəbər verir ki, ilk görüşdə tərəflər qollu heç-heçə ilə sülh bağlayıblar (5:5).
İkinci oyun isə ispanların böyükhesablı qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, “C” qrupunda Azərbaycan yığmasının digər rəqibi İtaliya komandasıdır.
