8 yanvar 2014 01:11
Murad Səttarlı rəsmən Simurqa keçdi (FOTO)
Ötən mövsüm "Simurq"un heyətində icarə əsasında forma geyən Murad Səttarlı artıq rəsmən Zaqatala təmsilçisinin futbolçusudur. Azerisport.az xəbər verir ki, bu gün komanda ilə il yarımlıq müqavilə imzalayan gənc futbolçu "Simurq"un heyətində 21 nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, Murad Səttarlı 2012/13-cü il mövsümündə komandanın heyətində 30 rəsmi qarşılaşmada iki dəfə rəqib qapıçılarını məyus etmişdi.

