7 yanvar 2014 00:33
Yaşar Seyidov: Kalonas səhvi özündə axtarmalıdır
"Bakı" klubunun vitse-prezidenti Yaşar Seyidov azerisport.az saytına açıqlamasında litvalı futbolçu Mindauqas Kalonasın transferə çıxarılmasına münasibət bildirib: "Kalonasın transferə çıxarılmasını baş məşqçi istəyib. Onun transferini istəyən klub bizə təzminat ödəməli olacaq. Əgər Kalonas özünə klub tapmazsa, onda müqavilə şərtlərinə əsasən addım atılacaq. Bildirmək istəyirəm ki, onun transferə çıxarılması Rauf Əliyev və Əfran İsmayılovla bağlı deyilir. Qərarı baş məşqçi qəbul edir. Onun bu qərarı qəbul etməsində müəyyən səbəblər olub. Futbolçu səhvi özündə axtarmalıdır, digərində yox”.
