7 yanvar 2014 00:22

Vaqif Cavadov: Bombardir olmaq üçün oynamıram

"İnter"in futbolçusu Vaqif Cavadov azerisport.az saytına müsahibəsində 2013-cü ilin yekunlarından, komandasının çıxışından, bombardlik uğrunda mübarizədən danışıb.
 
- 2013-cü ili özün üçün necə qiymətləndirirsiz?
- Fikrimcə, hər şey yaxşı oldu. Klubda və yığmada mümkün qədər yaxşı oynamağa, faydalı olmağa çalışdım. Ailəm üçün də uğurlu oldu. Artıq 2014-cü ilin ilk günlərini yaşayırıq. Komandamız Türkiyəyə hazırlıqdadı. İndi bütün fikrimizi çempionata və kuboka yönəltməliyik.
 
- Son aylar inamlı oyun nümayiş etdirdiz, bombardirlər siyahısında liderliyə yüksəldiz. "İnter" ə keçidiniz sizə düşərli oldu...
- Mən həmin Vaqifəm. Daim oynadığım klublara faydalı olmağa çalışmışam. "İnter"dəki uğurlu çıxışım komanda yoldaşlarımın və baş məşqçi Kaxaber Sxadadzenin dəstəyi sayəsində mümkün oldu. Sxadadze mənə ilk gündən güvəndiyini nümayiş etdirdi. Mən də öz növbəmdə çalışıram ümidləri doğruldum. Komandama faydalı olmağa çalışıram.
 
- Bombardirlər arasında lidersiz. Vaqif üçün daha çox qol vurmaq vacibdimi?
- Bombardirlər arasında lider olmaq xoşdu. Amma mən hücumçu deyiləm, sadəcə, hücuma yaxın mövqedə oynayıram. Mənim üçün bombardir olmaq o qədər önəmli deyil. Bombardir olmaq üçün oynamıram. Məqsədim "İnter"in uğurlarında pay sahibi olmaqdı. Komandam hər oyunda 3 xal qazansa, özümü xoşbəxt sayacam. Vacib deyil ki, mən qol vurum, əsas "İnter"in uğurlarıdı.
 
- Hər halda sizi Reynaldo və Kalonas izləyir...
- Həmkarlarıma hörmətlə yanaşıram. Mən digərlərinin oyununu izləmirəm. Əsas öz oyunumdu. İmkan olduqca komandamın qələbə qazanması üçün qol vurmağa çalışacam. Lakin hədəfim bombardir olmaq deyil. Komanda kimi qazanılan uğur daha dadlı olur.
 
- Komanda mövsümə pis başladı, sonradan toparlanmağı bacardı...
- İlk turlarda çoxlu sayda xal itirdik. Oyun baxımından hər şey qaydasında olurdu. Lakin qol vəziyyətlərini reallaşdırmaq olmurdu. Əgər xal itirirdiksə, deməli səhvlərimiz olurdu. İndi növbəti oyunlar barədə danışmaq istərdim. "İnter" növbəti oyunlar barədə düşünməlidi. Bu gün biz turnir cədvəlinin 4-cü pilləsindəyik. Bununla kifayətlənmək olmaz. Gərək daha yüksək yerlərə qalxaq.
 
- Sizcə, liderlik uğrunda mübarizəyə qoşula bilərsiz?
- Biz artıq ilk üçlük uğrunda mübarizəyə qoşulmuşuq. Rəqiblərimiz bunu başa düşür. Amma daha yaxşı oynamağa çalışmalıyıq. Fasilədən sonra futbolçular ən yaxşı formanı bərpa etməyə çalışmalıdı. Həm çempionatda, həm kubokda sona qədər mübarizə aparacağıq. "İnter"in əsl gücü fevraldan sonra görünəcək.
 
- Təlim-məşq toplanışında 5 yoxlama görüşü keçirməyi planlaşdırırsız. Oyundakı nəticələr sizin üçün vacibdi?
- İstirahətdən qayıdandan sonra oyun baxımından problem ola bilər. Bu mənada hazırlıq çox vacibdi. Gərək əvvəlki formamızı bərpa edək. Səhvlər üzərində işləyək. Yoldaşlıq görüşləri yeni futbolçuların komandaya uyğunlaşması üçün əhəmiyyətlidi. Biz isə artıq çempionat ab-havasını hiss etməliyik. Antalyadakı oyunların nəticələri o qədər vacib deyil. Əsas çempionat və kubok oyunlarıdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.